Rubl cüzi bahalaşdı - Məzənnələr

rubl-cuzi-bahalasdi
Oxunma sayı: 3251

Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, 2023-cü il dekabrın 26-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000, Türkiyə lirəsi 0,0581 manat təşkil edib.

Rusiya rublu bir qədər bahalaşaraq 0,0186 manat, Avro isə 1,8737 manat təşkil edib.

Qeyd edək ki, ötən gün 1 rubl 0.0185 manata ticarət edilib.