Rumıniya Rusiya səfirliyinin 50-dən çox əməkdaşını ölkədən çıxarır

ruminiya-rusiya-sefirliyinin-50-den-cox-emekdasini-olkeden-cixarir
Oxunma sayı: 1045

Rumıniya Rusiya səfirliyinin 50-dən çox əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bəyanatda aydınlıq gətirilir ki, 21 diplomat və 30 texniki və inzibati heyət Rumıniyanı tərk etməlidir. Onlara 30 gün ərzində tərk etmək əmri verilib.