“Rusiya Əfqanıstana qoşun yeritməyəcək” - Patruşev

rusiya-efqanistana-qosun-yeritmeyecek
Oxunma sayı: 1746

Rusiya hərbi kontingentinin Əfqanıstana daxil olması üçün heç bir şərt yoxdur, Rusiya hakimiyyəti ölkədə xalqın iradəsinə söykənəcək və firavan dövlət quracaq qüvvələrlə dialoqa hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya, ilk növbədə, siyasi-diplomatik səylərə diqqət yetirəcək, tərəfdaşlarla birlikdə daxili əfqan dialoqunun qurulması və ölkədə mövcud problemlərin sülh yolu ilə həlli yollarını axtaracaq.       

“Bu məqsədlə, xüsusilə Əfqanıstanla bağlı Moskva məsləhətləşmələr formatı yaradılıb və bu format uğurla fəaliyyət göstərir. Bundan başqa, BMT-nin Əfqanıstanın nizamlanması üzrə beynəlxalq səylərdə əlaqələndirici roluna da böyük əhəmiyyət veririk”, - N. Patruşev əlavə edib.

Patruşev vurğulayıb ki, Rusiya dinc, vahid, inkişaf edən Əfqanıstanda maraqlıdır.

“Biz Əfqanıstan xalqının iradəsinə söykənən, onların istəklərini yerinə yetirəcək və ölkəni güclü və çiçəklənən dövlətə çevirmək üçün çalışacaq qüvvələrlə dialoq qurmağa hazırıq”, - katib deyib.