Rusiya həbsxanasında işçiləri girov götürən məhbuslar zərərsizləşdirildi - Yenilənib

rusiya-hebsxanasinda-iscileri-girov-goturen-mehbuslar-zerersizlesdirildi
Oxunma sayı: 6500

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.

Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib. 

Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.

***

İnsident zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. 

***

Rusiya mediasının məlumatına görə, məhbuslar helikopter və 2 milyon dollar tələb edirlər. 

***

Rusiyanın “Shot” və “Mash” teleqram kanallarının məlumatına görə, qiyamda 4 məhbus iştirak edir və onlardan 2-si Tacikistan, 2-si isə Özbəkistan vətəndaşıdır. Onların 23-29 yaş aralığında olduğu vurğulanıb. 

***

TASS sözügedən cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbusların adlarını açıqlayıb.

Məlumata görə, həmin şəxslər Özbəkistan vətəndaşları Ramzindin Toşeyev, Temur Xusinev və Tacikistan vətəndaşları Nazirçon Toşov və Navruz Rustamçondur. 

***

Volqoqradda cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbuslar zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

O da bildirilib ki, bütün girovlar azad olunub.