Rusiya MN Ukraynanın itkilərini açıqladı

rusiya-mn-ukraynanin-itkilerini-aciqladi
Oxunma sayı: 746

“İlin əvvəlindən Ukrayna Silahlı Qüvvələri döyüş bölgəsində 500 minə yaxın hərbi qulluqçusunu itirib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov bildirib.

“Bu il Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialı üçdə bir azaldılıb”, - nazir Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

Bundan əlavə, Belousovun sözlərinə görə, Ukrayna ordusu 2025-ci ildə 103 mindən çox müxtəlif növ silah və hərbi texnika, o cümlədən 5,5 mini Qərb istehsalı olan silahlar itirib.