“Rusiya Navalnı ilə bağlı çox ciddi suallara cavab verməlidir”

rusiya-navalni-ile-bagli-cox-ciddi-suallara-cavab-vermelidir
Oxunma sayı: 3100

“Rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyən edilməlidir”.

“Qafqazinfo” “Veçernyaya Moskva” portalına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Rusiya bütün faktları müəyyən etməli, çox ciddi suallara cavab verməlidir”, - deyə Stoltenberq qeyd edib.