“Rusiya nüvə müharibəsinə hazırdır” - Putin

rusiya-nuve-muharibesine-hazirdir
Oxunma sayı: 2281

“Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır”.

“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı Dmitri Kiselyevə müsahibəsində deyib.

“Hərbi-texniki baxımdan, əlbəttə ki, biz hazırıq. Nüvə raketlərimiz daim döyüşə hazır vəziyyətdədir”, - deyə Rusiya lideri qeyd edib.

Putin, həmçinin vurğulayıb ki, Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat zamanı nüvə raketindən istifadə etmək zərurəti heç vaxt olmayıb.