“Rusiya ordusu Kursku keçərək Ukraynaya daxil olub” - Putin

rusiya-ordusu-kursku-kecerek-ukraynaya-daxil-olub
Oxunma sayı: 6929

“Rusiya qoşunları ötən gecə Kursk vilayətində Rusiya sərhədini keçərək Ukrayna ərazisinə daxil olub”.

“Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Dünən gecə 710-cu briqadanın döyüşçüləri Kursk vilayətindən Rusiya - Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar” , - Putin jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib.