Rusiya ordusu Xarkovda irəliləyir

rusiya-ordusu-xarkovda-irelileyir
Oxunma sayı: 3555

Rusiyalı hərbçilər sutka ərzində Ukraynanın Xarkov vilayətində Lukyantsi və Qlubokoe yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, sözügedən kəndlərə nəzarət “Şimal” qoşun qruplaşmasının bölmələri tərəfindən həyata keçirilən döyüş əməliyyatları nəticəsində ələ keçirilib. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə vəziyyətin gərginləşməsinə görə xarici ölkələrə səfərlərini təxirə salıb.