Rusiya Ukrayna ilə sərhəddə bufer zona yaradır - Putin açıqladı

rusiya-ukrayna-ile-serhedde-bufer-zona-yaradir
Oxunma sayı: 2237

Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik bufer zonası yaratmaq qərarına gəlib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.

“Sərhəd boyu zəruri təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu məsələni həll edir”, - Rusiya lideri deyib.