Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, Masallı rayonundan olan Rusiya vətəndaşı Rzayev Zahid Kamran oğlu həlak olub.
Zahidin nəşi doğulduğu Böyük Kolatan kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Z. Rzayev ailəli idi, bir övladı var.
Surxay Şahbazov