Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdı - Video + Yenilənib

rusiya-universitetinde-atisma-telebeler-ozlerini-yere-atdi
Oxunma sayı: 8117

Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.

İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.

Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

***

Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.

Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.

***

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti universitetin tələbələrindən biri törədib. Həmçinin qeyd olunur ki, atışma zamanı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

***

"112" teleqram kanalının məlumatına görə, insidenti törədən şəxs 18 yaşlı Timur Bekmansurovdur. İlkin məlumata görə, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir. O bu yaxınlarda sosial şəbəkələrdə öz planı və silahı necə almasına dair paylaşım edib. Sözügedən paylaşım hazırda silinib. 

***

İstintaq Komitəsinin məlumatına görə, atışma nəticəsində həlak olanların sayı 8-ə çatıb.

***

Səhiyyə Nazirliyi azı 19 nəfərin xəsarət aldığını bildirir.

***

Rusiya Prezidenti Vladimir Putin silahlı hücum nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

“Prezident bu hadisə nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir”, - deyə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

***

İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, insidetn zamanı yaralanların sayı 28-ə çatıb.