“Moskva və Vaşinqton hazırda Rusiyanın nəzarətində olan “Zaporojye” Atom Elektrik Stansiyasının (AES) Ukraynasız birgə idarə olunmasını müzakirə edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti adı açıqlanmayan mənbəyə istinadən yazıb.
Mənbənin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı dekabrın 24-ü biznes nümayəndələri ilə keçirdiyi qapalı görüşdə danışıb.
“Amerikalı həmkarlar, məsələn, “Zaporojye” AES-də mayninq ilə məşğul olmağa maraq göstəriblər. Amerika tərəfinin təşəbbüsü ilə Ukraynaya elektrik enerjisinin tədarükü də müzakirə olunur”, - nəşr iddia edir.
Bildirilir ki, Putin həmçinin ABŞ-nin Rusiyadan Ukrayna mütəxəssislərinin AES-də işləməsinin mümkünlüyü barədə soruşduğunu deyib. Rusiya lideri isə buna “onlar indi də əvvəlki kimi orada işləyirlər, sadəcə pasportları indi Rusiya pasportlarıdır” deyə cavab verib.
Son xəbərlər
Son Xəbərlər