Rusiya və Ukrayna arasında birbaşa danışıqların növbəti raundu gələn həftə keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Bildirilib ki, hazırda Vatikanın dabışıqların keçirilməsi üçün potensial məkan olaraq rolunun müzakirəsi aparılır.
Lakin bununla belə, nümayəndə heyətləri arasında görüşün yeri barədə dəqiq razılığın olmadığı vurğulanıb.
Agentlik iddia edir ki, Rusiya danışıqların davam etdirilməsi üçün ən optimal variant olaraq İstanbulu nəzərdən keçirir.
Xatırladaq ki, tərəflər arasında ən son mayın 16-da İstanbulda görüş keçirilib.