Rusiyada 30 minə yaxın insan işıqsız qaldı - Video

rusiyada-30-mine-yaxin-insan-isiqsiz-qaldi
Oxunma sayı: 1741

Rusiyanın İrkutsk vilayətində 30 minə yaxın insan elektrik enerjisiz qalıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb vilayətin ərazisini cənginə alan daşqındır. 

Hadisə nəticəsində azı 5 nəfər dünyasını dəyişib, 100 nəfərə yaxın insan xəstəxanaya yerləşdirilib. 

İrkutskun beş rayonunda elan olunan fövqəladə vəziyyət davam edir. Həmin ərazilərdə yaşayan 4,2 min insanın 1,7 min yaşayış evi suyun altında qalıb. Xəsarət alan sakinlər üçün humanitar yardım toplanır.

Hazırda fəsadların aradan qaldırılması işləri aparılır.