Rusiyada daha bir “vorzakon” - Şirinov öldürüldü

rusiyada-daha-bir-vorzakon
Oxunma sayı: 7596

Rusiyada Ded Xasandan sonra daha bir “qanuni oğru” öldürülüb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, kriminal aləmdə Gio Gürzə ləqəbi ilə tanınan 40 yaşlı gürcü əsilli Georgi Şirinov oktyabrın 30-da şəhər xəstəxanalarından birinə çatdırılıb. Kəllə-beyin travması alan “qanuni oğru” 2 gün sonra tibbi müdaxiləyə rəğmən ölüb.

Məlum olub ki, Şirinov döyülüb, lakin hadisənin təfərrüatları bəlli deyil.