Rusiyanın Vladiqafqaz şəhərində güclü partlayış olub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yaxınlığında pirotexniki məmulatlar mağazası yerləşən tikinti materialları anbarında qeydə alınıb.
Partlayışdan sonra güclü yanğın və tüstülənmə baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər