Rusiyada keçiriləcək daha bir çempionat ləğv edildi

rusiyada-kecirilecek-daha-bir-cempionat-legv-edildi
Oxunma sayı: 1343

Beynəlxalq Buzlu Xokkey Federasiyasının (IIHF) Şurası 2023-cü ildə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan Dünya Çempionatının təxirə salınması barədə qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, turnir 5-21 may 2023-cü il tarixlərində keçirilməli idi. Təxirə salınma qərarı aprelin 26-da İsveçrənin Sürix şəhərində keçirilən IIHF Şurasının iclasında qəbul edilib.

Yeni Dünya Çempionatının ev sahibi 2022-ci il Buzda Xokkey üzrə Dünya Çempionatının son həftəsində Finlandiyanın Tampere şəhərində keçiriləcək Federasiyanın illik konqresi zamanı təsdiqlənəcək.