Rusiyada nazir itkin düşüb

rusiyada-nazir-itkin-dusub
Oxunma sayı: 4511

Rusiyada Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, mayın 7-dən etibarən nazirdən xəbər yoxdur.

Yerli polisin məlumatına görə, 49 yaşlı nazir həmin tarixdə ova gedib və bir daha geri qayıtmayıb.

Muraxovskinin axtarışları davam etdirilir.