Rusiyada saxta içkidən 11 nəfər öldü

rusiyada-saxta-ickiden-11-nefer-oldu
Oxunma sayı: 1568

Rusiyanın Orenburq vilayətində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, 4 nəfər isə zəhərlənmə diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb.