Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artdı - Yenilənib

rusiyada-saxta-spirtli-ickiden-olenlerin-sayi-artdi
Oxunma sayı: 2796

Rusiyada saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı artıb.

“Qafqazinfo” “Tass”a istinadən xəbər verir ki, Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 14-ə yüksəlib. Daha 8 nəfər isə xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, bir neçə insanın saxta spirtli içkidən zəhərlənməsi hadisəsi oktyabrın 6-dan 7-nə keçən gecə qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb.

***

Orenburq vilayətində saxta spirtli içkidən dünyasını dəyişənlərin sayı 17-ə yüksəlib. Bununla yanaşı, saxta içkidən zəhərlənən 16 nəfər xəstəxanada müalicə alır. 

***

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 18-ə çatıb. 15 nəfərin müalicəsi davam edir. Saxta içki istehsalı və satışında şübhəli bilinən altı nəfər saxlanılıb.

***

Saxta spirtli içkidən ölənlərin sayı artaraq 21 olub.