Rusiyanın ən hündür vulkanı püskürdü

rusiyanin-en-hundur-vulkani-puskurdu
Oxunma sayı: 2046

Rusiyanın ən hündür vulkanı olan Klyuçev sopkası püskürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Klyuçev sopkası vulkanından 10 000 m hündürlüyə qədər kül atılması qeydə alınıb:

"Kül cənub istiqamətində yayılır. Nəticədə Milkovski rayonunun 2 kəndində vulkan külü qeydə alınıb".