Rusiyanın məşhur diktoru vəfat etdi

rusiyanin-meshur-diktoru-vefat-etdi
Oxunma sayı: 5004

Rusiyanın xalq artisti, SSRİ Mərkəzi Televiziyasının diktoru və teleaparıcı Svetlana Morqunova 84 yaşında vəfat edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Svetlana Morqunova 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasının diktoru olub. O, həmçinin “Mavi işiq” və “Səhər poçtu” proqramlarının aparıcılarından biri olub.