Rusiyaya qarşı yeni sanksiyalar - Siyahıda Azərbaycan vətəndaşı da var

rusiyaya-qarsi-yeni-sanksiyalar
Oxunma sayı: 1435

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində 5 şəxsə və 19 təşkilata qarşı məhdudiyyətlər tətbiq edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. 

Sənəddə sanksiyaların Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq olunduğu bildirilib.

Bundan başqa, məhdudiyyət tətbiq edilənlər sırasında Rusiyanın “Tatneft” və “Russneft” şirkətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təşkilatlar da var.