Rutte Ukrayna parlamentində çıxış edəcək

rutte-ukrayna-parlamentinde-cixis-edecek
Oxunma sayı: 288

NATO-nun Baş katibi Mark Rutte Ukrayna parlamentində çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko teleqramda məlumat verib.

“NATO-nun Baş katibi Mark Rutte sabah Ukrayna Ali Radasında çıxış edəcək”, - o yazıb.

Qeyd edək ki, hər il fevral və sentyabrın ilk çərşənbə axşamı keçirilən Ali Radanın sessiyalarının açılış mərasimi fevralın 3-də baş tutacaq. Qonçarenko sabahı maraqlı gün adlandırıb və xalqı onun kanalında yayımlanan sessiyaya baxmağa çağırıb.