Rzayev qardaşlarından qeyri-adi oğurluq - Maşınları belə soydular

rzayev-qardaslarindan-qeyri-adi-ogurluq
Oxunma sayı: 5049

Bakıda avtomobilləri kütləvi olaraq, qeyri-adi üsulla talamaqda, bank plastik kartlarının məxfi informasiyalarını öyrənməyə cəhddə şübhəli bilinən mütəşəkkil qruplaşma üzvləri müəyyən olunaraq tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, qardaşlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırlması davam etdirilir.