“Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?” - Qaribaşvili

saakasvili-hebsxanada-yarim-kq-bal-yeyib-nece-acliq-edir
Oxunma sayı: 2812

“Aclıq aksiyası keçirən şəxs yarım kiloqram bal yeməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsxanada aclıq aksiyası elan edən keçmiş Prezident Mixail Saakaşvili barədə deyib.

“Əgər bir insan aclıq aksiyası keçirdiyini elan edirsə, o, yarım kq bal yeməməlidir və mən bunu tam məsuliyyətlə bəyan edirəm. O, şəxsi kredit kartından istifadə edərək 7 şüşə bal alıb və yarım kq bal qəbul edib. Bundan nəticə çıxararaq bəsdir yalan danışdınız və cəmiyyəti aldatdınız”, - deyə Qaribaşvili jurnalistlərə bildirib. 

Baş nazirin sözlərinə görə, Saakaşvilinin səhhəti gündəlik olaraq müşahidə edilir və peşəkar həkimlər tərəfindən nəzarət olunur, vəziyyəti də qənaətbəxşdir. 

“Son zamanlar gördüyümüz sirk və şou yalnız bir məqsədə - məhbus Saakaşvilinin guya ağır xəstə olduğunu ictimaiyyətə göstərməyə xidmət edir. Və bu Saakaşvilinin şəxsən verdiyi tapşırıqdır. Çünki onlar (keçmiş hakim partiya “Vahid Milli Hərəkat” -red.) yerli özünüidarəetmə oranlarına keçirilən seçkilərin ikinci turunda da məğlub olacaqlar”, - deyə Qaribaşvili vurğulayıb.