“Sabah” bosniyalı futbolçu ilə müqaviləsinə xitam verdi

sabah-bosniyali-futbolcu-ile-muqavilesine-xitam-verdi
Oxunma sayı: 575

“Sabah” FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb. 

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bildirilib ki, 33 yaşlı bosniyalı müdafiəçi 2022-ci ilin fevralından paytaxt təmsilçisinin şərəfini qoruyurdu. Letiç “Sabah”ın heyətində keçirdiyi 125 oyunla klub tarixinə ən çox oyun keçirən ikinci futbolçu kimi düşüb.

Təcrübəli futbolçu həmçinin klubun avrokuboklardakı ilk qolunun müəllifi olması ilə də yadda qalıb. O, “Sabah”la Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, eyni zamanda Azərbaycan Kubokunun qalibi olub.

Klub xidmətlərinə görə Boyan Letiçə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.