Sabah bu ərazilərdə qaz olmayacaq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 9936

01.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən “Müşfiqabad” QPS-də görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.