“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.
“Qafqazinfo” xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda “Mançester Yunayted”in qonağı olacaq.
“Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.
Komandanın aparıcı üzvlərindən olan Stiv Solvet zədə səbəbindən oyunu buraxacaq.
Xatırladaq ki, “Sabah” tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.
Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Sabah” (Azərbaycan)
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
“Old Trafford”, Mançester, İngiltərə.
***
“Mançester Yunayted”: 1. Senne Lammens, 3. Nusser Mazravi, 6. Lisandro Martines, 8. Bruno Fernandeş (k), 10. Mateus Kunya, 13. Patrik Dorgu, 15. Leni Yoro, 18. Yuri Tilemans, 19. Brayan Mbeumo, 30. Benyamin Şeşko, 37. Kobbi Maynu
Ehtiyat oyunçular: 12. Karl Darlou, 45. Dermot Mi, 2. Diqo Dalot, 5. Harri Maquayr, 7. Meyson Maunt, 9. Markus Reşford, 11. Coşua Zirksi, 17. Andre Santos, 26. Ayden Hiven, 31. Şey Leysi, 39. Tayler Fletçer, 41. Harri Amas.
“Sabah”: 92. Stas Pokatilov (k), 4. Aden Makkarti, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rəhmonəliyev, 8. Kristian Nvaxukvu, 11. Kahim Parris, 13. İvan Lepiniça, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 6. Abdulla Xaybulayev, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 37. Du Keyroz, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina
***
Matç başladı.
***
27-ci dəqiqədə Mateus Kunya hesabı açır.
***
Bruno Fernandeş 42-ci dəqiqədə fərqi artırır.
***
45-ci dəqiqədə Benyamin Şeşko komandasının üçüncü qolunu vurur.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
68-ci dəqiqədə Lisandro Martines hesabı 4:0 edir.
***
Matç “Qırmızı şeytanlar”ın 4:0 hesablı qələbəsi ilə başa çatır.





Son xəbərlər
Son Xəbərlər