Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

sabah-guclendirilmis-dezinfeksiya-isleri-aparilacaq
Oxunma sayı: 695

Sabah, sentyabrın 25-i səhər saatlarından etibarən paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.