“Sabah” məhkəməni uduzdu - İmanova 10 min manat ödəyəcək

sabah-mehkemeni-uduzdu
Oxunma sayı: 478

“Sabah” keçmiş qapıçısı Yusif İmanova 10 min manat ödəyəcək.

Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib.

Belə ki, Masazır təmsilçisinin heyətində kifayət qədər oynamaq şansı qazanmayan çərçivə qoryucusu klublar müqaviləsini birtərəfli qaydada pozmuşdu. Hər iki tərəf bir-birinə qarşı 53 min manatlıq iddia qaldırmışdı.

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi bu məsələdə futbolçunun xeyrinə qərar çıxarıb. Amma “Sabah” ona 53 min manat deyil, 10 min manat ödəyəcək.