“Sabah” “Partizan”ı məğlub yola salır - Yenilənib

sabah-partizani-meglub-yola-salir
Oxunma sayı: 6701

Azərbaycan təmsilçisi “Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Masazır klubu doğma meydanda Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.

Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar 10 avqust 20:00.

“Sabah” – “Partizan” Baş hakim: Goergi Kruaşvili (Gürcüstan).

Masazır. “Bank Respublika Arena”.

***

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24 Maruan Hadudi, 44. Sofian Çakla, 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey isayev (k), 12. Vensan Till, 27. Jarl Marqarita, 9. Anatoli Nuriyev, 19. Emmanuel Apeh

Baş məşqçi: Murad Musayev

“Partizan”: 1. Aleksandar Yovanoviç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç (k), 3. Mixaylo İliç, 26. Aleksandar Filipoviç, 8. Frank Elimane Kanute, 15. Aldo Kalulu, 40. Kristian Beliç, 9. Kvinsi Meniq, 7. Secerina Xander, 11. Mateus Saldanya

Baş məşqçi: İqor Dulyay

***

Matç başladı.

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

“Sabah” hesabı açdı.

Boyan Letiç 70-ci dəqiqədə fərqləndi.

 

***

“Sabah” 2:0.

Boyan Letiç 74-cü dəqiqədə dubl edir.

 

***

Matç bitdi.