“Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib

sabahin-oyunu-yubandi
Oxunma sayı: 2500

UEFA Çempionlar Liqasının “Orhus” (Daninarka) - “Sabah” (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında matçın yayımı üçün Danimarkada olan İTV-nin jurnalisti Kənan Hakimov məlumat yayıb.

Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları stadiona gətirən avtobusların yubanmasıdır.

Məlumat üçün bildirək ki, ”Orhus” klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını “Randers” stadionunda keçirilir.

***

“Sabah” klubu isə yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.

***

Matç start götürdü.