Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində baş verib.
Belə ki, içərisində 7 şagirdin olduğu “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.
Məlumata görə, mikroavtobusda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri dönürmüş.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Sabirabad rayon Şıxsalahlı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, - deyə qeyd edilib.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər