Sabunçuda Novruz bayramı münasibətilə tədbir keçirilib - Fotolar

sabuncuda-novruz-bayrami-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 1935

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri Fazil Mustafa və Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlar Sabunçu rayon təhsil müəssisələri tərəfindən hazırlanmış rəngarəng guşələrlə tanış olaraq məktəblilərin ifasında bayram əhval-ruhiyyəli çıxışları dinləyiblər.

Konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.

Novruz personajları olan Kosa, Keçəl və Bahar qızı isə bayram tədbirinə daha da rəng qatıb.