Sabunların içində narkotik keçirdi - Foto

sabunlarin-icinde-narkotik-kecirdi
Oxunma sayı: 1002

İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılaraq şifahi sorğu-sual olunub.

“Qafqazinfo” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Yoxlama zamanı onun əl yüklərində olan sabunların birinin içərisində gömrük nəzarətindən gizlədilən, çəkisi 74 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.