Sadə bir kəndli və uğurlu seçki kampaniyası… - Şahin Sərdarlı kimdir?

sade-bir-kendli-ve-ugurlu-secki-kampaniyasi
Oxunma sayı: 6138

1 Sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

Sadə bir kəndlinin öz dairəsindən deputatlığa namizədin bukleti ilə tanış olması anı ötən gün sosial medianın gündəmindən düşmədi. Bəs, bu foto hansı namizədin seçki kampaniyasına aiddir?

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə müzakirə edilən foto 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınıb.

Şəkillərdən də görünür ki, istisnasız olaraq bütün kəndlərdə görüşlər keçirən Şahin Sərdarlı hər evdə, hər qapıda böyük səmimiyyət və inamla qarşılanır.

Əslən Şamaxıdan olan, seçki kampaniyası ilə izdiham yaşadan Şahin Sərdarlı kimdir?

Ş.Sərdarlı 12 aprel 1997-ci ildə Şamaxı rayonunun Meysəri kəndində anadan olub. 2014-cü ildə şəhid əmisi Aslan Sərdar oğlu Şirinov adına Şamaxı rayon Meysəri kənd tam orta məktəbini bitirib və Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” ixtisasına transfer olunub, 2020-ci ildə məzun olub. Həmçinin İstanbul Esenyurt Universitetinin bir sıra təlim və inkişaf proqramlarını başa vurub.

O, bir sıra tanınmış media orqanlarında müxbir, redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətində fəaliyyət göstərib. ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədr müavini, ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, ADU-nun Tələbələrlə İş və Tədbirlərin təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb.

Hərbi xidmətini Vətən müharibəsi dönəmində Şuşa şəhərində başa vurub.

Ş.Sərdarlı 2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzi MMC-ni təsis edib, hazırda direktor vəzifəsində çalışır.

2018-ci ildə görkəmli ədib Mir Cəlal Paşayevə həsr olunmuş beynəlxalq hekayə müsabiqəsində 2-ci yerə layiq görülüb, akademik Arif Paşayev, professor Hafiz Paşayev tərəfindən şəxsən mükafatlandırılıb.

Həmin il ADU-nun rektoru akademik Kamal Abdulla tərəfindən “İlin ən uğurlu transferi” nominasiyası ilə mükafatlandırılıb.

2019-2020-ci illərdə Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsində xidmətlərinə görə sosial şəbəkələrdə aparılan sorğular əsasında “Tələbələrin dostu” nominasiyasına, universitetin rektoru tərəfindən Təşəkkürnaməyə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən isə Fəxri Fərmana, Azərbaycan Həmkarlar İttifaqı Komitəsini 100 illik Yubiley medalına və digər təltiflərə layiq görülüb.

Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən “Ailəyə təşəkkür məktubu” ilə mükafatlandırılıb.

ADU THİK-də fəaliyyəti dövründə 50-dən çox tələbənin təhsil haqqının ödənilməsinə, yüzlərlə tələbəyə müxtəlif şirkətlər tərəfindən əlavə təqaüdün verilməsinə, həmçinin 100-dən çox tələbənin işə qəbul olunmasına nail olub.

Onun sədrliyi dövründə ADU THİK Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na maliyyə dəstəyi göstərən ilk tələbə təşkilatı olub.

ADU THİK Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin pandemiya dövründə həyata keçirdiyi “Biz birlikdə güclüyük” aksiyasına da fəal dəstək göstərən tələbə təşkilatlarından biri olub.

2019-cu ildə ADU-nun Fəxri Məzunlar Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib.

2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzində aktiv fəaliyyət göstərir. Mərkəz tələbə və məzunlar üçün real iş mühitində təcrübə təşkil edir və gəncləri işə hazırlaşdırır. Onun rəhbəri olduğu mərkəzin proqramlarını uğurla başa vuran 1100 nəfərdən çox təcrübə məzunu 900-dən çox müəssisə və təşkilatlarda işə qəbul olub.

Şahin Sərdarlı Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan ekoloji aksiyada ilk günlərdən fəal iştirak edən gənclərdən biri olub.