Şahbaz Şərif Pakistanın yeni Baş naziri kimi and içdi

sahbaz-serif-pakistanin-yeni-bas-naziri-kimi-and-icdi
Oxunma sayı: 924

Pakistan Müsəlmanlar Liqasının sədri Şahbaz Şərif hökumət başçısı kimi and içib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Pakistanın paytaxtı İslamabadda Milli Assambleyada keçirilən səsvermədə yenidən Baş nazir seçilən 72 yaşlı Şahbaz Şərif bu gün Prezident Arif Alvinin iştirakı ilə Prezident Aparatında keçirilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Milli Məclisin (parlamentin Aşağı Palatası) 336 deputatından 201-i onun lehinə səs verib.

Şahbaz Şərifin opponenti, hazırda həbsdə olan keçmiş Baş nazir İmran Xanın lideri olduğu “Ədalət naminə hərəkat” partiyasının Baş katibi Ömər Əyyub Xan müstəqil namizəd kimi 92 səs toplayıb.

Xatırladaq ki, 2024-cü il fevralın 8-də Pakistan parlamentinə seçkilər keçirilib.