Şahbuzda 3 nəfərin ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnən ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Şahbuz rayonunun Gömür kəndində, dağlıq ərazidə qeydə alınıb.
Belə ki, 68-BE-050 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobil aşıb.
Nəticədə Şərur rayonunun Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı, 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu ölüb.
Qəza zamanı 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci il təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci il təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.
Ölən və xəsarət alan şəxslər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, yaralılardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir.
Həkimin sözlərinə görə, xəsarət alanlardan 2-nin vəziyyəti ağır, digər yaralıların vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hazırda yaralıların müalicəsi xəstəxananın stasionar şöbəsində davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər