Sahibə Qafarova Alen Simonyanla görüşdü - Yenilənib - Fotolar

sahibe-qafarova-alen-simonyanla-gorusdu
Oxunma sayı: 6106

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq.

Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb.

***

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

***

Milli Məclisdən bildirilib ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.