Şahmat yığmamız Ermənistana qalib gəldi - 27 ildən sonra Avropa çempionatının medalçısı oldu

sahmat-yigmamiz-ermenistana-qalib-geldi
Oxunma sayı: 3325

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

"Qafqazinfo"nun məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Bununla da qadınlardan ibarət Azərbaycan millisi 27 ildən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. 

Xatırladaq ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb.