Məlum olduğu kimi, bu gecə “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandası ilə cavab oyununa çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmadan öncə “Sent Ceyms Park” stadionunda sonuncu məşqini keçirib.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək matçda təmsilçimizi çətin sınaq gözləyir. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Nyukasl” 6:1 hesablı darmadağınla qalib gəlib.







Son xəbərlər
Son Xəbərlər