Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda ağacəkmə aksiyası təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada BŞİH rəhbərliyi, əməkdaşları və struktur bölmələri işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək yerində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.








Son xəbərlər
Son Xəbərlər