Şahmatçılarımızdan iki heç-heçə

sahmatcilarimizdan-iki-hec-hece
Oxunma sayı: 1275

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində səkkizinci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz Vasif Durarbəyli Tay Dan Van Nquyen (Çexiya), Aydın Süleymanlı Boris Gelgandla (İsrail) heç-heçə ediblər.

Rauf Məmmədov Alan Piçot (Argentina), Nicat Abasov Mixail Antipova (Rusiya) uduzublar.

Səkkiz turun nəticəsinə görə, V.Durarbəyli və A.Süleymanlı 3,5, R.Məmmədov, N.Abasov 3 xal qazanıblar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.