“Şahsiyet” 5 ildən sonra yenidən ekranlarda - Video

sahsiyet-5-ilden-sonra-yeniden-ekranlarda
Oxunma sayı: 2586

Türkiyənin məşhur serialı “Şahsiyet” 5 illik fasilədən sonra yenidən ekranlara dönür.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor Haluk Bilginerə “Emmi” mükafatını qazandıran “Şahsiyet” serialının 2-ci mövsümü noyabrın 13-dən etibarən “Gain” platformasında yayımlanacaq.

Məlumata görə, 2-ci mövsüm 10 seriyadan ibarət olacaq. Serialın əsas motivinin Haluk Bilginerin canlandırdığı Agah Beyoğlu ilə qızı arasındakı münasibət üzərində qurulduğu məlum olub.

Bu mövsüm serialda Erdal Özyağcılar, İlker Aksum və Burhan Öçal kimi tanınmış aktyorlar da yer alacaq.

Qeyd edək ki, “Şahsiyet”in 1-ci sezonu 2018-ci ilin 17 martında “Puhu TV”də yayımlanmışdı. Ekran işinin ilk mövsümü 12 seriyadan ibarət idi. Serialda Haluk Bilginerlə yanaşı Hümeyra, Müjde Ar, Cansu Dere, Metin Akdülger, Şebnem Bozoklu, Necip Memili və Hüseyin Avni Danyal kimi sevilən aktyorlar da yer alıb.