Salona gedən gəlin qəzada öldü - Bu gün toyu idi-Yenilənib

salona-geden-gelin-qezada-oldu
Oxunma sayı: 7901

Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Səmədabad kəndində “BMW X5” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq “Yuxarı Qarabağ” kanalına aşıb. Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbas oğlu və 2004-cü il təvəllüdlü Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həmçinin oxuyun: “В Карабахе не останется ни одного русского солдата” - Видео

“Report”un məlumatına görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

***

Bu gün səhər saatlarında Yevlaxda baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, avtomobildə olan gəlinin əmisi qızı Günay Hüseynova da dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Xəyalə Hüseynova isə xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı qəzada ölənlərin hamısının suda boğulma nəticələrində vəfat etməsi müəyyən edilib.