Salyan sakini itkin düşüb - Foto

salyan-sakini-itkin-dusub
Oxunma sayı: 2164

Salyan rayon sakini itkin düşüb

Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

“Qafqazinfo” xəbər verir ki, H.Süleymanovun əlamətləri - boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. 

Evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur.