Salyanda ağır qəza - Sürücü öldü, sərnişin yaralandı+ Fotolar

salyanda-agir-qeza
Oxunma sayı: 7901

Bu gün axşam saatlarında Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Virtualaz.org-a istinadən məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasının (MRX) qarşısından keçən yolda 27 yaşlı Salyan sakini Seyidabdulla Şahin oğlu Ağalarovun idarə etdiyi 10 MT 211 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını yağışlı havada  hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək qarşı-qarşıya “KamAZ” markalı yük maşınına çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.

Sərnişin-33 yaşlı Tural Tahir oğlu Tarıverdiyev isə  müxtəlif dərəcəli xəsarətlərlə Salyan MRX-yə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda ağır yol-nəqliyyat qəzasına düşənlər işdən qayıdan kənd icra nümayəndəliyinin işçiləri olub.

Qəzada həyatını itirmiş 27 yaşlı Seyidabdulla Ağalarov rayonun Qaraqaşlı kənd icra nümayəndəliyinin mühasibi olub.

Xəsarət almış sərnişin-35 yaşlı Tural Tahir oğlu Tarıverdiyev isə Qaraqaşlı kənd icra nümayəndəsinin müavinidir.