Salyanda qəbiristanlıqda Bakı sakininin meyiti tapıldı

salyanda-qebiristanliqda-baki-sakininin-meyiti-tapildi
Oxunma sayı: 725

Salyan rayonunda qəbiristanlıqda meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Məzahir İbrahim oğlu Əliyevin meyiti Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən qəbiristanlıqda aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.